Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Siyasi partiyalarla bağlı dəyişiklik onların fəaliyyətinə yaxşı heç nə vəd etmir”

“Siyasi partiyalarla bağlı dəyişiklik onların fəaliyyətinə yaxşı heç nə vəd etmir”

Məlum olduğu kimi, aldığı ianələr haqqında MSK-ya məlumat verməyən siyasi partiyaların cəzalandırılması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliyin edilməsi nəzərdə tutulur. Hansı ki, bu dəyişikliyə münasibət heç də birmənalı deyil.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bu dəyişikliyin müxalif partiyalara yaxşı heç nə vəd etmədiyini vurğulayıb:
“İstər hakimiyyət, istərsə də qeyri-hökumət qurumlarının, eləcə də siyasi partiyaların hamısının maliyyə hesabatı şəffaf və açıq olmalıdır. Bu, prinsip olaraq qəbul edilməlidir. Lakin Azərbaycandakı mövcud reallıqları nəzərə alsaq deyə bilərik ki, bu addım siyasi partiyalar üzərində total nəzarət mezanizminin yaradılmasının bir elementidir. Çünki hökuməti ən çox narahat edən məsələlərdən biri də müxalif siyasi partiyaların, QHT-lərin maliyyələşməsidir. Bu maliyyə mənbələrinin üzə çıxarılması və qapadılması məsələsinə hökumət xüsusi diqqət verir. Bu dəyişikliyin məqsədi də sadəcə bundan ibarətdir”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın