Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Şikayətçi:”Üç aylıq körpə həkim səhlənkarlığı nəticəsində ölüb”

Şikayətçi:”Üç aylıq körpə həkim səhlənkarlığı nəticəsində ölüb”

Azərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.

Bu barədə “Report”a şikayət edən körpənin babası Sərraf Əskərov bildirib.

Onun sözlərinə görə, nəvəsi Mədinə Əskərzadənin səhhətində problem olduğu üçün martın 28-də Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb: “Uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə apardıq. Həmin vaxt Mədinənin üzünə baxanda gülürdü. Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün, bəlkə də, onda qan azlığı ola bilər.

Respublika Uşaq Klinik Xəstəxanasının Qəbul şöbəsində olan zaman xəstəxananın Reanimasiya şöbəsinin müdiri Sevda Əliyevanı yanımıza çağırdılar. Onunla birgə uşağı yuxarı çıxartdıq. Orada əvvəl bizə söylədilər ki, uşaq sapsağlamdır, onun heç nəyi yoxdur. Gördülər ki, biz Mədinənin bu halından çox narahatıq. Sonra Reanimasiya şöbəsinin həkimi Sədaqət Əbilova gəlib uşağa baxdı. O dedi ki, körpəni əli ilə yoxlaması nəticəsində Mədinənin dalağı və ciyərinin böyüdüyü məlum olub. USM-in nəticəsi olan sənədi ona göstərdik. Sədaqət həkim mənə dedi ki, “30 ilin həkimiyəm, mən belə şeyləri yaxşı bilirəm”.

Biz yenidən uşağı USM-dən keçirdik və uşağın heç bir problemi olmadığını söylədilər.

Biz Mədinəni Reanimasiya şöbəsində saxladıq. Növbətçi həkimlər orada olan zaman gəlinimə bildirib ki, “belə sağlam uşağı niyə bura götürüblər? Bu körpə burada deyil, palatada yatmalıdır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …