Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Seysmoloji Xidmət Mərkəzi zəlzələ bölgəsindəki son vəziyyət haqda

Seysmoloji Xidmət Mərkəzi zəlzələ bölgəsindəki son vəziyyət haqda

“Zəlzələ bölgəsində afterşokların sayı azalmağa doğru gedir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, fevralın 5-də İsmayıllı rayonunda baş verən zəlzələdən sonra qeydə alınan afterşokların sayı azalıb: “Zəif, hiss olunmayan və yaxud da gücü çox olan afterşoklar qeydə alınsa da, sayında azalmalar müşahidə olunur. Afterşokların tədricən azalması gözlənilən idi. Amma hələ də zəlzələ bölgəsində afterşoklar davam edir. Zəlzələ baş verdiyi ilk gündən sonra başlayan afterşokların sayı gün ərzində 90-a çatmışdı. Bu gün isə qeydə alınan afterşokların sayı 10-u ötmür. Azsaylı afterşoklar da zəlzələ ocağı sönənə qədər davam edəcək”.

“Report” xatırladır ki, fevralın 5-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələ Şamaxı rayonunda da hiss edilib. Nəticədə Şamaxıda 41 ev yaşayış üçün yararsız hesab edilib. 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …