Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Şarmazanov: “Uğursuz danışıqlar belə onu göstərir ki, məsələnin sülh yolu ilə həllinə ümid var”

Şarmazanov: “Uğursuz danışıqlar belə onu göstərir ki, məsələnin sülh yolu ilə həllinə ümid var”

Ermənistan parlamenti sədrinin müavini və hakim Respublika partiyasının mətbuat karibi Eduard Şarmazanov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü ATƏT-lə münasibətlərə xələl gətirməyəcək.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, Şarmazanovun sözlərinə görə, bu Rusiyanın təşəbbüsü ilə keçirilən ilk görüş deyil: «Fransa və ABŞ da eyni uğurla görüşlər təşkil edib».

Şarmazanov bildirib ki, bu görüşlər danışıqlar prosesinin bərpası üçün əsas rolunu oynaya bilər: «İstənilən, hətta uğursuz danışıqlar belə, onu göstərir ki, danışıqların bərpasına və məsələnin sülh yolu ilə həllinə ümid var».

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …

Bir cavab yazın