Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sarkisyanın şübhəli konstitusiya islahatında Qarabağ hədəfi…

Sarkisyanın şübhəli konstitusiya islahatında Qarabağ hədəfi…

“Digər bir versiya isə…”

Erməni mətbuatının verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya dəyişikliyi ilə bağlı Milli Şuraya layihə göndərib.
Layihənin parlamentin sentyabrda başlayacaq ilk payız iclasında müzakirəsi gözlənir. Layihənin əsas motivi Ermənistanda Konstitusiya islahatının həyata keçirilməsi istəyilə bağlıdır. Məlumatlarda bildirilir ki, S.Sarkisyan ölkənin idarəetməsini parlamentli respublika kimi görmək istəyir.
Aydındır ki, Ermənistan kimi avtoritar, kriminal dövlətlərdə hakimiyyət və üsul-idarə dəyişikliyi heç vaxt dövlət maraqlarına hesablanmır. Konkret olaraq əsas məqsəd hazırkı hakimiyyəti əldə saxlamaqdır. Çünki Sarkisyan artıq iki dəfə prezident seçilib və növbəti dəfə seçilməsi Konstitusiyaya ziddir. Hazırda müəyyən islahatlar həyata keçirməklə Ermənistanda dəyişiklik etməyə çalışırlar. Görünür, ölkə rəhbərliyi hakimiyyəti qoruyub saxlamağın yeganə çıxış yolunu parlamentli respublikaya keçməkdə görüb. Çünki yalnız o təqdirdə Sarkisyan prezident olmasa belə, baş nazir postuna yiyələnəcək ki, nəticə etibarilə də bu yolla azı iki il hakimiyyətdə qala biləcək. Bu hansısa şəxslərin və qrupların marağına uyğun olaraq atılmış bir addımdır.
Politoloq Qabil Hüseynli də bizimlə söhbətində bu versiyanı inandırıcı saydı. Onun sözlərinə görə, burada başqa məqsəd nəzərə çarpmır: “Sarkisyan bilir ki, hakimiyyəti saxlamaq onun üçün çətin olacaq. Bu səbəbdən də belə varianta əl atıb. O, parlamentdə ən çox yer qazanacağına da əmindir. Digər bir versiya isə Dağlıq Qarabağla bağlı gediləcək güzəştin bir nəfərin deyil, bütün parlamentin üzərinə yükləmək istəyidir. Ən ağılabatan təxminlər bunlardır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın