Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Bir müddətdir sosial mediada məktəb şagirdlərinin foyedə qeyri-etik davranışını sərgiləyən video yayılıb. 

Abşeron rayon təhsil idarəsindən bildirilib ki, videoların çəkildiyi məkan Misir-ərəb təmayüllü Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdir. 

Həmin məktəbin direktor müavini Hüseyn Şahbəndiyev bildirib ki, videogörüntülər yanvarın 14-ü çəkilib.

“Şagirdlər üçüncü dərs saatında, idman dərsindən gec çıxıb. Növbəti dərs başlayanda məktəbdə sakitlik olduğunu görüb, bu oyunu oynayıblar. Şagirdlər heç bir pis əməl törətmədiklərini düşünürlər. Hətta onların bəzilərinin valideynləri də bu hərəkətin səhv olmadığını bildirirlər” – deyə, o qeyd edib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …