Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sağalma yoluxma sayını üstələdi – Qadağalar nə zaman yumşaldıla bilər?

Sağalma yoluxma sayını üstələdi – Qadağalar nə zaman yumşaldıla bilər?

Azəərbaycanda koronavirus infeksiyasına yoluxmanın üçüncü dalğası yaşanır. TƏBİB-in açıqladığı statistik göstəricilər pik dövrün arxada qalmasından xəbər verir. Bu həftə ərzində yoluxma və sağalma sayları bərabərləşib. Dünənki göstəricidə isə sağalanların sayı xəstələnlənlərdən təxminən 600 nəfər çox olub.

Mütəxəssislər hələ ayın əvvəlindən bu vəziyyətin olacağını proqnozlaşdırıb aidiyyatı qurumları səsrt karantin rejimi tətbiq etməməyə çağırırdılar. Proqnozlar özünü doğruldub, şübhəsiz ki, burada peyvəndlənmənin, nəticədə kütləvi immunitetin yaranmağa başlamasının da ciddi təsiri var.

Artıq bəzi ölkələr bu kampaniyanı uğurla başa vuraraq karantin qaydalarını yumşaldıblar. Ötən həftə İsraildə maska taxmaq məcburiyyəti aradan qaldırılıbBu ölkə ümumlikdə 24 milyon doza koronavirus peyvəndi alaraq əhalisini 100 faiz peyvənd edən ilk ölkə olub. Bu nümunədən də görmək olar ki, kütləvi vaksinasiya normal həyata dönməyin əsas şərtidir.

Bəs, ölkəmizdə bundan sonra proses necə gedəcək? Maskadan məcburi istifadə ilə bağlı qərar nə zaman öz qüvvəsini itərəcək? Yay mövsümündə maska taxmaq əziyyətindən qurtula biləcəyikmi?

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl vaksinasiyanın ləng getməsinin səbəbini peyvəndin azlığında görür: “Ölkəmizdə vaksin sayı kifayət qədər deyil. Ona görə də peyvəndlənmədə çox az insan iştirak edib. Demək olar ki, artıq peyvənd yox dərəcəsindədir, çatışmazlıq var”. 

Həkim Avropa ölkələrinin əhali sayından dəfələrlə çox peyvənd dozası sifariş etdiyini söylədi: “Avropa özünə lazım olandan 4 dəfə çox – 2 milyard doza sifariş edib. Güclü ölkələr bütün peyvəndləri alır, kasıb və bizim ölkəmiz kimi kiçik ölkələrə peyvənd qalmır. Ölkəmizdə insanların çox az faizinin vaksinasiyaya cəlb olunmasının səbəbi yalnız peyvənd çatışmazlığıdır”.

Tibbi maska tələbinin nə zaman aradan qalxacağına gəldikdə, V. İsmayıl əhalinin 60 faizinin vaksinasiya olunmasından sona maskadan məcburi istifadənin sona yetəcəyini vurğuladı: “Ölkəmizdə cəmi 9 faiz peyvəndlənmə işi həyata keçirilib. Düzdür, TƏBİB bildirdi ki, iyul ayında vaksinasiyanın həyata keçirilməsində hədəfə çatmış olacağıq. Və yalnız ondan sonra maskanın məcburi istifadəsi aradan qaldırıla bilər. Düşünürəm ki, vaksinasiya bu surətlə davam edərsə, hədəfə çata bilməyəcəyik. Əgər hədəfə çatsaq, maskadan qurtula biləcəyik. Amma hədəfə nə vaxt çatacağımızla bağlı sualın cavabını yalnız TƏBİB bilir”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …