Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Sabah qar yağacaq

Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən daxil olan xəbərə görə, mülayim cənub-qərb  küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 10-da Abşeron yarımadasında  mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında  əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  2° şaxtadan 3°-dək isti, gündüz  7-11°  isti, dağlarda gecə 2-7° şaxta, gündüz  3-8° isti olacaq.  

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …