“Sədərək” ticarət mərkəzində yeni qaydalar tətbiq olunub. Bu qaydalar
görə, indiyə qədər arabaçılar bazar rəbərliyinə gündəlik 5 manat
ödəyirdilərsə, indi 10 manat ödəyirlər. Və yaxud bundan əvvəl bəzi
sahibkarların özlərinin arabası olub, gündəlik bazar rəhbərliyinə 2
manat ödəyirdilərsə, indi guya, bazar rəhbərliyi arabaçılarla
sahibkarlar arasında olan konfliktə görə sahibkarların özlərinin araba
almasına qadağa qoyub. Bu səbəbdən bəzi sahibkarlar bazar rəhbərliyindən
narazılıq edirlər. Çünki indi həm də “Sədərək” ticarət mərkəzinin
rəhbərliyinin arabaçılardan gündəlik 5 manat deyil, 10 manat alması da
sahibkarlara baha başa gəlir. Ona görə ki, bazarda da elə sahibkar var
ki, bir neçə dükanı var. Məsələn, 1-ci dükandan 10-cu dükana mal aparmaq
üçün bir araba mala görə əvvəl hansısa sahibkar arabaçıya 7-8 manat
ödəyirdisə, indi azı 10-12 manat ödəməli olur. Ona görə ki, arabaçıların
bazar rəhbərliyinə gündəlik ödədiyi pul ikiqat qalxıbsa, arabaçılar da
bunu sahibkarlardan çıxır.
Bildiyimiz
kimi, sahibkarlar həm də vergilərdən əziyyət çəkir. Onlar əvvəlcə
hansısa xarici ölkədən idxal etdiyi mala görə 36% rüsum ödəyirdisə, indi
məsələn, İrandan idxal etdiyi mala görə 36+6% rüsum olub. 18% ƏDV və
qalanı da gömrük rüsumu olduğu halda, heç bilmirlər ki, 6% nə üçün artıq
ödəməli olurlar..
Əslində,
bu cür bazar daxili qaydalardan və qanunsuz vergi yığımlarından ölkədə
sahibkarlar əziyyət çəkir. Bütün bunlara görə də sahibkarlar
bizneslərini daha liberal bazar dəyərlərinə malik olan ölkələlərdə
qurmalı olurlar. Bu isə ölkədən valyuta axının başqa ölkələrə yön
almasıdır ki, buna imkan vermək iqtisadiyyatımızın kiçilməsinə,
daralmasına xidmət edir. Öz monopoliyalarını hakimi mütləq görmək
istəyən məmur-oliqarxlar ölkə iqtisadiyyatının inkişafını düşünmür,
əksinə, nəticədə sahibkarları öz dövlətindən incik salırlar.
“Burada silsilə qanun pozuntuları var”
“Sədərək”
ticarət mərkəzində yeni qaydaların tətbiq olunması ilə bağlı iqtisadçı
Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, bazar daxili qaydaların dəyişməsi
ilə bağlı iki məsələ önəmlidir: “Birincisi, müqavilə şərtləri məsələsi
var. Əgər bununla bağlı müqavilə şərtlərində bazar rəhbərliyi ilə
icarədarlar arasında hər hansı müddəa yoxdursa, bazarda çalışan, icarə
verən insanlar bundan imtina edə bilər. Kollektiv imtina etsələr, bazar
rəhbərliyi heç nə edə bilməz, neyniyə bilər ki, bazardan hamını
çıxardası da deyil. İkinci məsələ ondan ibarətdir ki, hər bir ödəniş
rəsmiləşdirilməlidir. Yəni hətta icarədarlardan o vəsait alınırsa, buna
rəsmi ödəniş qəbzi verilməlidir və həmin bazar rəhbərliyi də yığdığı
vəsaitdən vergi ödəməlidir. Bu baxımdan, burada bir neçə pilləli qanun
pozuntusundan söhbət gedir. Əgər müqavilədə nəzərdə tutulmayıbsa və bunu
istəyirlərsə, bu, bir qanaun pozuntusudur. Əgər bu ödənişə görə qəbz
vermirlərsə, xidmətə görə vəsaitin xərclənməsi rəsmi sənədlərlə təsbit
olunmursa, bu, ikinci qanun pozuntusudur, yığılan vəsaitin ümumi
məbləğindən bazar rəhbərliyi tərəfindən vergi ödənilmirsə, bu, üçüncü
qanun pozuntusudur. Yəni burada silsilə qanun pozuntuları var ki, bunlar
üzərində əlaqədar orqanlar çalşmalıdırlar. Bazarın sahibi ölkə
qanunvericiliyindən kənarda fəaliyyət göstərə bilməz. Xidmətlərə görə
aldığı haqqı qanunvercilik çərçivəsinə salmalıdır, yəni öz qafasından
bildiyini oxumaqla, bu işlər olmur, bu, müqavilə öhdəliklərinə
salınmalıdır, alınan bütün ödənişlər rəsmiləşdirilməlidir, gündəlik
ödəniş edən şəxslərə də rəsmi ödəniş qəbzləri verilməlidir”.
“Burada monopoliyadan daha çox, dərəbəylikdən söhbət gedir”
“Manopoliya
başqa məsələdir, çünki bazarda minlələ icarədar var. Burada bazara
rəbhərliyi əksinə maraqlı olmalıdır ki, icarədarların sayı və topladığı
icarənin həcmi artsın. Burada monopoliyadan daha çox, dərəbəylikdən
söhbət gedir. Yəni bazarın sahibi özünü bazar ərazisinin hakimi mütləqi
sayır və Azərbaycan Respublikasının qanunları deyil, öz qafasından
uydurduğu qaydalar çərçivəsində işləməyə çalışır. Əsas problem budur.
Yəni bütün bu münasibətlər qanunlara uyğun şəkildə tənzimlənməlidir və
müqavilələrdə qeyd olunmalıdır. İcarə müqavilələri doğru bağlanmırsa,
əlaqədar orqanlar həmin bazarın rəhbərliyi ilə əlaqədar ciddi ölçü
götürməlidir. Çünki o bazarda çox böyük qanun pozuntuları var və
Azərbaycanda kölgə iqtisadiyyatının ən böyük elementlərindən
biridir”,-deyə iqtisadçı vurğuladı.
“Əlavə ödənişlərin hamısı sonuc etibarilə vətəndaşın cibindən çıxır”
N.
Cəfərli onu da qeyd etdi ki, istənilən sahibkar ödədiyi əlavə
ödənişləri, yəni istər vergi, rüsum, icarə haqqı olsun və yaxud icarədən
kənar ödənişlər olsun, hamısını istər- istəməz satdıqğı məhsul
qiymətinin üzərinə gəlir: “Çünki heç bir sahibkar öz ziyanına işləmək
istəməz, bu, absurd olar. Ona görə də əlavə ödənişlərin hamısı sonuc
etibarilə vətəndaşın cibindən çıxır. Yəni bazar sahiblərı xidmət
qiymətlərini artırdıqca, bazarda qiymət bahalaşır, bunun son ödəyicisi
isə həmin bazardan alış-veriş edən vətəndaşdır. Yəni vətəndaşın üzərinə
əlavə yük kimi düşür”.
“Dövlət
elə nəzarət mexanizmləri qurmalıdır ki, bazar rəhbərliyi həmin bazarın
tərkibində ayrıca bir “dövlət” kimi fəaliyyət göstərməsin”
Cəfərli
hesab edir ki, bazarda iki cür yoxlama aparılmalıdır:“Birincisi, hüquqi
müqavilələrin normal bağlanması, bunlarn düzgün təsbiti ilə bağlı
əlaqədar dövlət qurumları yoxlamalar apara bilər. Bu, əmək, icarə
müqaviəsi də ola bilər. İkincisi də vergi yoxlamalarıdır. Təbii ki,
tərəflər vergidən yayınmırsa və hər iki tərəf, yəni həm icarədar, həm də
bazar sahibi qarşılıqlı razlışma əsasında müqavilə bağlayırsa, burada
artıq digər müdaxilərlə ehtiyac da qalmaz. Yəni dövlətin birbaşa
müdaxilə etməsi, vergilərdən əlavə hər hansı bir qiymət tənzimlənmə
siyasəti aparması doğru olmaz. Bu, bazar iqtisadiyatının fəlsəfəsinə də
ziddir. Amma dövlət elə nəzarət mexanizmləri qurmalıdır ki, bazar
rəhbərliyi həmin bazarın tərkibində ayrıca bir “dövlət” kimi fəaliyyət
göstərməsin, dövlət onu ümumi ölkə qanunvericiliyinə uyğun olaraq
fəaliyyət göstərməyə məcbur etməlidir. Bunun üçün dövlətin kifayət qədər
həm nəzarət edici funksiyaları, həm də nəzarəedici orqanları var. İndi
problem də odur ki, həmin orqanlar effektiv çalışmır, effektiv çalışmır
deyə belə problemlər yaşanır və iş adamları incik salınır”.
“Əgər elə bir məlumat varsa, bu, tam qanun pozuntusudur”
Sahibkarların
idxal etdiyi mala görə 36+6% rüsum ödəməsinə gəlincə, Cəfərli sual etdi
ki, 36+6 necə izah edirlər: “Çünki əvvəl 18% ƏDV-dir, 15 %-də gömrük
rüsumudur. Amma əvvəl gömrük rusmunu hesablayıb, sonra ƏDV-ni
hesablayırdırdlar deyə təqribən 35,8, yəni 36%-ə yaxın alınırdı. 36+6%
olması çox qəribədir. Çünki qanunvericlikdə bununla bağlı heç bir
dəyişiklik olunmayıb. Əgər elə bir məlumat varsa, bu, tam qanun
pozuntusudur. Çünki qanunvericliyə görə əvvəl gömrük rüsumu 15%
hesablanır, sonra onunla birgə əlavə dəyər verisi 36% hesablanır. Bu
15%-i də ilkin malın dəyərinin üzərinə gəlib, sonra 18% hesablanır deyə,
ümumilikdə 36%-ə yaxın, yəni 35,8% artım olur, vergi və gömrük öhdəliyi
yaranır. Bundan əlavə, pul alırlarsa, tamamilə qanunsuzdur”.
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …