Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Rüşvətə qarşıyamdeyib rüşvətə görə həbs olunan icra başçısı” — VİDEO

“Rüşvətə qarşıyamdeyib rüşvətə görə həbs olunan icra başçısı” — VİDEO

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq tərəfindən saxlanılan Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovla bilikdə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

“Qafqazinfo” həbs olunan Ceyhun Cəfərovun videogörüntülərini əldə edib. May ayında çəkilən görüntülərdə Ceyhun Cəfərov iş otağında videokonfrans keçirir. O, konfransda rüşvətə qarşı çıxış edərək, pandemiya dövründə icra başçıları tərəfindən imkansız ailələr üçün nəzərdə tutulmuş yardımların mənimsədilməsindən bəhs edib.

“Əgər bu məsələlər kimdəsə varsa, tamamilə yığışdırılsın. Onsuz da bununla bağlı araşdırma aparılır. Belə şeylər ortaya çıxacaqsa, həmin şəxslər qanunun aliliyinin öhdəsinə veriləcək. Bu kimi hallarla mübarizə aparılır. 5 ay ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin”, – deyə o, çıxışında bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla C.Cəfərov icra başçısı vəzifəsindən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …