Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Ruslan İzzətlinin ölkəni bir dəfəlik tərk etməsi xəbəri yalan çıxdı

Ruslan İzzətlinin ölkəni bir dəfəlik tərk etməsi xəbəri yalan çıxdı

Bu gün bir sıra media orqanları D18 Hərəkatının başqanı Ruslan İzzətlinin Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqdən sonra ölkəni tərk etdiyini və siyasi sığınacaq almaq üçün Türkiyəyə üz tutduğunu yazıb. Hətta R. İzzətlinin qorxaraq Türkiyəyə qaçdığını yazanlar da var.

Musavat.com xəbər verir ki, R. İzzətli öz facebook səhifəsində yazılanları yalan adlandıraraq tezliklə ölkəyə dönəcəyini yazıb: “Dostlar, hakimiyyətin yandaş mediası ölkədən qaçmağım haqda xəbərlər yayırlar. Onlara cavab vermək fikrim yoxdur. Tezliklə ölkəyə dönəcəm. O zaman nə yazacaqlar maraqlıdır”.

Bundan başqa, onun səhifəsində ölkəyə dönüş üçün əvvəlcədən aldığı biletin də şəkli yayımlanıb.

Xatırladaq ki, R. İzzətli Türkiyəyə tez-tez səfər edən siyasi gənclərdəndir. Onun Türkiyəyə getməsinin qorxması və ya siyasi sığınacaq almaq istəyi ilə heç bir əlaqəsinin olmadığı bildirilir.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …

Bir cavab yazın