Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Quba-Bakı yolu nə vaxt istifadəyə veriləcək? (VİDEO)

Quba-Bakı yolu nə vaxt istifadəyə veriləcək? (VİDEO)

Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb, yeni yol yatağı inşa edilib.
Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.
Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.
İş icraçılarının verdiyi məlumata görə, təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Bu isə onun tez sıradan çıxmasının qarşısını alacaq. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Təmir edilən yolda avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əlavə 3 metrlik çiyin də yaradılır. Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …