Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Qazi: “12 nəfər bir evdə yaşayırıq”

Qazi: “12 nəfər bir evdə yaşayırıq”

Rəvan Təhməzov İkinci Qarabağ qazisidir. Üçüncü qrup müddətsiz əlil kimi pensiya alır. Qazilər və şəhid ailələri üçün tikiləcək evlərdən birinə sahib olmaq üçün Sosial Xidmətlər Agentliyində qeydiyyata düşüb. 

Ona söz verilən ev üçün isə 2025-ci ilə qədər gözləməli olduğu deyildiyini bildirir. O, hazırda yaşadıqları evin şəraitsizliyindən gileylənir. 

R.Təhməzov deyir, ev növbəsində dəyişiklik edilməsini və ona söz verilən mənzili daha tez almaq istəyir.  

Rəvan Təhməzovun mənzili nə vaxt veriləcək və növbəni tezləşdirmək mümkündürmü?  

Sosial Xidmətlər Agentliyinin rəsmisi Murad Həşimov bu barədə Toplum TV-yə bildirib ki, Rəvan Təhməzovun mənzillə təminatı da növbədə olan digər imtiyazlı vətəndaşlarda olduğu kimi qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında həyata keçiriləcək.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …