Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Qaradağda “Oktyabrın 70 illiyi” küçəsi varmış – FOTOLAR

Qaradağda “Oktyabrın 70 illiyi” küçəsi varmış – FOTOLAR

Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki küçələrdən biri hələ də Rusiyada baş vermiş Oktyabr sosialist inqilabının adını daşıyır. SSRİ dövründə küçəyə “Oktyabrın 70 illiyi” adı verilib.

Azərbaycanın 27 ildir müstəqil olmasına baxmayaraq, küçənin adı dəyişdirilməyib.

Küçədə cəmi 3 bina yerləşir. Amma bura yaşayış məskəninə çeviriləndə 8-10 binanın tikilməsi nəzərdə tutulurmuş. Həmin binalarda isə Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazində inşa edilməsi planlaşdırılan Atom Elektrik Stansiyasının (AES) tikintisində işləyəcək usta və fəhlələr yaşayacaqmış. Lakin 1986-cı ilin aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışından sonra Azərbaycanda AES-in tikintisindən imtina olunub. Ona görə də, “Oktyabrın 70 illiyi” adına küçədə əlavə binalar da inşa olunmayıb.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl dövlət orqanları küçənin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüblər. Amma orada yaşayanlar bununla razılaşmayıblar. Onlar qeydiyyat məsələlərində problemlə üzləşəcəklərdən ehtiyat ediblər. Bundan sonra isə məsələ ilə maraqlanan olmayıb. (Report)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …