Ana səhifə / Sosial / “Qarabağın həllinə daha yaxınıq” – Rusiya XİN
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

“Qarabağın həllinə daha yaxınıq” – Rusiya XİN

“Daha əvvəlki periodlarla müqayisədə hazırda biz Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olmağa daha yaxınıq”

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.

O, qeyd edib ki, məlum səbəblərə görə münaqişə ətrafında müzakirə predmetləri ilə bağlı geniş ictimai müzakirələr keçirilmir.

Azərbraycan XİN rəhbəri Elmar Məmmədyarov isə öz növbəsində bəyan edib ki, danışıqlar intensivləşdirilib: “Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.

Nazir əlavə edib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb:

“Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.

Həmçinin oxuyun

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” – Video

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də …

Bir cavab yazın