Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Qarabağ əlili küçələrdən zibil yığaraq ailəsini dolandırır

Qarabağ əlili küçələrdən zibil yığaraq ailəsini dolandırır

Oruc Abbasov Keşlə qəsəbəsində ailəsi ilə birgə kiçik, qəzalı vəziyyətdə olan evdə yaşayır. Keşlə stansiyası tikilərkən evi qəzalı vəziyyətə düşdüyünü deyən Oruc, bilmir evinin dərdini çəksin, ya ailəsinin ehtiyaclarının? O da məcburiyyətdən hər gün səhər tezdən təmizlikçi jiletini əyninə keçirib aliminium, plastik qab axtarışına çıxır. Aldığı veteran pulu isə ailəsinin ehtiyaclarını ödəmədiyi üçün o bu işi görməyə məcbur qalır. Həyat yoldaşı isə xəstə olduğundan evin bütün yükü Orucun çiyinlərinə düşür.

Sona Abbasova da dolanmaqda çətinlik çəkdiklərini deyir. Elə onun üçün də həyat yoldaşının aliminium qab, plastik qab yığaraq ailəyə dəstək olduğunu bildirir.

Keşlə stansiyası tikilərkən evlərinin zərər gördüyünü bildirən ailə deyir ki, Fövqəladə Hallar Nazirliyi baxış keçirib və evin qəzalı şəraitdə olduğunu təsdiqləyib, amma üstündən illər keçməsinə baxmayaraq evləri təmir olunmayıb. Deyirlər, müxtəlif orqanlara şikayət etsələr də, dövlət qurumları təmiri öz öhdəsindən atıb.

Oruc Abbasov küçələrdən aliminium, plastik yığarkən polislərin ona mane olmasından da narahatdır. Ərazi üzrə sahə müvəkkilinin evlərinin önünə yığdığı qutulara görə onu dəfələrlə cərimələmək istədiyini bildirir.

Dövlət Statistika Komitəsi ölkədə yoxsulluq səviyyəsini açıqlayıb. Rəsmi məlumata görə Azərbaycanda əhalinin 5.5%-i, yəni təxminən 557 min nəfər yoxsul var. Ekspertlər isə bu rəqəmin qat-qat daha çox olduğunu bildirirlər.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …