Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Qanunsuz evlər hansı halda sökülə bilər?

Qanunsuz evlər hansı halda sökülə bilər?

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxsə məxsus, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilən tikili sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Maraqlıdır, ev hansı hallarda sökülə bilər? Qanunvericilikdə sökmə məsələsi necə tənzimlənir?

“Cebhe.info”-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu ərazilərdə yaşayış evləri tikilərsə, çıxarış verilmir, tikinti dayandırılır:

“Mövcud qanunvericiliyə əsasən, hər hansısa bir ərazidə tikinti işləri aparılarsa, mütləq şəkildə torpağın çıxarışı və yaşayış məntəqələri torpaqları olmalıdır. Bu, fərdi həyət evləri üçün vacib məqamlardan biridir. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək olmaz. Digər torpaqlarda isə təyinatına uyğun tikinti işləri aparmaq olar. Yəni, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatına aid tikililərin tikintisi qanunauyğundur. Bu ərazilərdə yaşayış evləri tikilərsə, çıxarış verilmir, tikinti dayandırılır”.

Onun sözlərinə görə, fərdi yaşayış evin sökülməsi ilə bağlı məhkəmə qərarı tələb olunur:

“Sözügedən məsələdə də vətəndaş yəqin ki, həmin ərazidə bir neçə dəfə buna cəhd edib və icazə verilməyib. Aidiyyəti üzrə buna baxılıb və tikili sökülüb, bu normal haldır. Lakin vətəndaşın yaşadığı mənzilin sökülməsi ilə bağlı məhkəmə qərarı tələb olunur. Yarımçıq tikililər əsasən, aidiyyəti üzrə sökülə bilər. Söküntüyə qədər vətəndaşa onsuz da bir neçə dəfə xəbərdarlıq olunur. Xəbərdarlıqlara əməl edilmədikdə bu formada sökülür”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …