Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Qaçqınkom” 136 minə məcburi köçkünlər üçün ev təmir etdirəcək

“Qaçqınkom” 136 minə məcburi köçkünlər üçün ev təmir etdirəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Archimed” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom” Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri işlərinə görə, “Archimed” MMC-yə 136 min 651 manat 91 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Archimed” MMC-nin qanuni təmsilçisi Mirzəyev Tacir Seyidağa oğludur. 10 manat nizamnamə kapitalı olan şirkət 22 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …