Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qətldən sonra Türkiyə-Rusiya münasibətləri daha da istiləşib”

“Qətldən sonra Türkiyə-Rusiya münasibətləri daha da istiləşib”

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə nəticələnən terror aktından sonra müxtəlif versiyalar səslənməkdədir. Bir sıra ekspertlər olayda Qərb dairələrinin əlinin olduğuna idda etməyə başlayıb.
Politoloq Hikmət Hacızadə Moderator.aza açıqlamasında terror aktını Qərb dairələri tərəfindən təşkil olunmasına inanamadığını deyib:
“Bu hadisədə Qərbin imzası olduğuna inanmıram. Qərbin bu tip bir dəst-xətti də yoxdur ki, şübhəyə əsas versin. Mən hadisələri müşahidə etməkdəyəm, dünəndən bu günə kimi baş verənlər onu göstərir ki, qətildən sonra Türkiyə-Rusiya münasibətləri daha da istiləşməyə başlayıb. Hər iki ölkənin dövlət rəsmiləri bir-birinə zidd olan heç bir bəyanat səsləndirməyib, ruslar özləri də bəyan edib ki, baş vermiş hadisə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək.”

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın