Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Putinin İrəvan səfəri rəsmi Bakı ilə əlaqələri korlaya bilər? – Lavrovdan açıqlama

Putinin İrəvan səfəri rəsmi Bakı ilə əlaqələri korlaya bilər? – Lavrovdan açıqlama

Canlı yayımda sualları cavablandıran xarici işlər naziri Sergey Lavrov prezident Putinin aprelin 24-ü İrəvanda keçiriləcək qondarma soyqırım tədbirlərində iştirakının Azərbaycan və Türkiyə ilə münasibətlərə mənfi təsir göstərib-göstərməməsinə münasibət bildirib.

Qafqazinfo” “Ria Novosti”ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, Rusiya dövlət başçısının İrəvan səfərinin hər iki ölkə ilə əlaqələrə mənfi təsir göstərəcəyini təxmin edə bilməz:

“Hər kəs müstəqil qərar qəbul edir. Biz də daha öncədən İrəvana gedəcəyimizi planlaşdırmışdıq. Kütləvi insan itkilərinin yaşanması ölkələr arasında əlaqələri pozmaq üçün istifadə edilə bilməz. Buna misal olaraq, II Dünya müharibəsindən sonra Avropa ölkələri, Almaniya-Rusiya arasındakı münasibətləri göstərə bilərik. Biz Ermənistan-Türkiyə əlaqələrinin normalaşmasının tərəfdarıyıq. Qarabağ probleminin həllini tapmasını istəyirik ki, bununla da erməni-azərbaycan əlaqələri normallaşa bilər. Bunun üçün çox şeylər edirik. Rusiya indiyə kimi və bundan sonra da hər kəsdən çox bu çətin və çıxılmaz böhranın həlli yolunu tapmaq üçün əlindən gələni edəcək.

Rusiya bir neçə il əvvəl Ankara və İrəvanın təşəbbüsü ilə başladılan sərhədlərin açılması ilə bağlı sənədlərin hazırlanması prosesini dəstəklədi. Təəssüf ki, sənədlər imzalandı, lakin qüvvəyə minmədi. Lakin biz bunun baş tutması üçün fəal şəkildə yardım edəcəyik”.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …

Bir cavab yazın