Ana səhifə / Sosial / Pul sayır, telefonla danışır, həm də avtobus sürür… – Video

Pul sayır, telefonla danışır, həm də avtobus sürür… – Video

Sosial şəbəkə istifadəçisi 133 nömrəli avtobusu idarə edən sürücünün qaydalara zidd olaraq sükan arxasında pul sayıb, telefonla danışması ilə bağlı görüntü paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, sərnişinin sözlərinə görə, həmçinin, avtobus dolu olduğu üçün qapıları açıq vəziyyətdə hərəkət edib.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu, narahatlıq yaradan məsələdir və dərhal tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq ediləcək:

“Bu sürücüləri BNA işə götürmür və biz ona maaş vermirik. Bütün bunları daşıyıcı edir. Və bu videoda olan məsələyə görə DYP sürücünü cərimələməlidir”.

 

 

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …