Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Prezident “Qazprom”un sədri ilə görüşdü

Prezident “Qazprom”un sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.
Moderator.az  xəbər verir ki, “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Görüşdə, həmçinin Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın