Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Prezident bu layihəni təqdim etdi – 6 min cəriməsi var

Prezident bu layihəni təqdim etdi – 6 min cəriməsi var

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir. Azinforum.az  APA-ya istinadən xəbər verir kui, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …