Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Polis avtomobillə velosipedçini vurub öldürdü

Polis avtomobillə velosipedçini vurub öldürdü

Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …