Ana səhifə / Sosial / Polad Bülbüloğlu “Qarabağ…” dedi, Putin isə şampan içdi…

Polad Bülbüloğlu “Qarabağ…” dedi, Putin isə şampan içdi…

Xəbər verildiyi kimi, mayın 21-də Kremlin Yekaterinsk zalında Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna “Şərəf” ordeni təqdim edib.

Virtualaz.org saytı xəbər verir ki, tanınmış rusiyalı jurnalist Andrey Kolesnikov “Kommersant” qəzetində bu təqdimetmə mərasimindən reportaj hazırlayıb.

Qəzet mükafatın verilməsi mərasimində Polad Bülbüloğlu ilə Vladimir Putin arasında maraqlı dialoqu çatdırıb:

*  *  *

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da belə aydın oldu ki, “Şərəf” ordeninə layiq olduğunu bilir.

-Bizdə MDB-də,-o, dedi,-səfirlər arasında hətta belə zarafat var: “Rusiyada səfir səfirdən ötədir!”

Mən soruşdum ki, Putin ona orden təqdim edəndə nəsə deməyə hazırlaşırmı.

-Əlbəttə,-o, başını yellədi,-təşəkkür etmək lazımdır axı.

Ancaq mənim növbəti sualımı qabaqladı:

-Ancaq oxumayacam.

-Ümumiyyətlə oxuyursunuz?-mən maraqlandım.

-Yox,- Polad Bülbüloğlu etiraf edir.- Ancaq yubileylərdə. Beş ildən bir.

-Yəni öz yubileylərinizdə,- mən dəqiqləşdirdim.

-Hə, əlbəttə,- o, başını yellədi.

Polad Bülbüloğlu bir az sonra mükafatlandırılanların əllərində şampan qədəhi Vladimir Putinin ətrafında dayananda danışdı.

-İcazə verin azumu edim, Vladimir Vladimiroviç, arzu edim ki, siz Nobel sülh mükafatı alasınız… – Polad Bülbüloğlu prezidentə tərəf əyilərək yavaşdan dedi.

Vladimir Putin başı ilə minnətdarlıq etdi.

-Dağlıq Qarabağ münaqişəsinin həllinin şərəfinə,- Polad Bülbüloğlu yekunlaşdırdı.

Bu yerdə Rusiya prezidenti şampanı içməyə qərar verdi.

Yeri gəlmişkən, kim də olmasa Vladimir Putin bilir ki, sonuncu fraza hər şeydən yaxşı yadda qalır”.

 

Həmçinin oxuyun

Dondurma mövsümü başladı – Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə …

Bir cavab yazın