Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Piyadalar yol keçidlərindən niyə istifadə etmək istəmir? – VİDEOREPORTAJ

Piyadalar yol keçidlərindən niyə istifadə etmək istəmir? – VİDEOREPORTAJ

Son vaxtlar dövlət tərəfindən yolda hərəkətin təşkili, piyadaların təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə müxtəlif tədbirlər görülür. Çox sayda yeraltı, yerüstü keçidlər və piyada zolaqları çəkilir. Bəs görəsən, əhali yaradılan bu şəraitdən razıdırmı?

Musavat.com-un əməkdaşı şəhərin mərkəzində, hərkətin sıx olduğu ərazilərdə paytaxt sakinlərinin yol hərəkəti qaydalarına nə dərəcədə əməl etməsi və yeraltı keçidlərin hazırki vəziyyəti ilə bağlı müşahidə aparıb.

Gördüklərimizdən belə bir qənaətə gəldik ki, yeraltı və yerüstü keçidlərdən kifayət qədər istifadə edilir. Lakin şəhərin mərkəzində əksər keçidlərdə ekskalatorların işləməməsi piyadaların işini bir qədər çətinləşdirir.

Bəzi piyadalar bizimlə söhbətində bu durumdan narazılıqlarını ifadə etdilər:

– Bura piyada keçidi yox, zibilxanadır. Bu qədər vəsait xərclənərək tikilsə də, indi baxımsız qalıb. Vaxtı-vaxtında təmizlənmir. Bir çox hallarda isə ekskolator işləmir”.

– Ekskalator işləmir, özüm də ürək xəstəsiyəm, qalxa bilmirəm.

– Polis olanda keçiddən, olmayanda isə yoldan keçirəm”.

Ekskalatorların nasaz olmasına baxmayaraq pozitiv yanaşanlar da oldu:

– Qoca kişiyəm, hərəkət eləmək mənə xeyirdir, ekskolator işləməsə də olar.

Qaydalara əməl etməyən piyadaların əksəriyyəti cavab verməkdən boyun qaçırsalar da, marağlı cavablar oldu:

– Yolum qısa olsun deyə buradan keçirəm…

– Bilirəm, qaydaları pozmuşam…

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …