Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Pepsi” şirkəti cərimələndi – Azərbaycanda

“Pepsi” şirkəti cərimələndi – Azərbaycanda

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə, “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Pepsi”) 3052,5 avro (təxminən 5700 manat) məbləğində cərimələnməsi barədə protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu qərardan verilən apellyasiya şikayətinə Bakı Apellasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır. /Report

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …