Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Pensiya və müavinətlərə, maaşlara yenidən baxılacaq – Büdcədən 128 milyon ayrılır

Pensiya və müavinətlərə, maaşlara yenidən baxılacaq – Büdcədən 128 milyon ayrılır

Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqları üçün ayrılan vəsaitin məbləği artırılır.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirlib ki, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət nüdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı,2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat vəsait yönəldiləcək.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …