Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Pənah Hüseyn Müsavatın mitinqi haqda – Tədbirə sıravi iştirakçı kimi qatılmışdım…

Pənah Hüseyn Müsavatın mitinqi haqda – Tədbirə sıravi iştirakçı kimi qatılmışdım…

Dünən Müsavat Partiyası “Məhsul” stadionunda qarşıdan gələn referendum etiraz əlaməti olaraq mitinq keçirib.
Partiyanın təşkil etdiyi bu mitinqə gözləniləndən az insan toplaşıb. Mitinqdə Müsavat Partiyasından başqa digər partiya və qurumların nümayəndələri də qatılıb.
Diqqətçəkən bir məqam da Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin mitinqə qatılanlar sırasında olsa da nə tribunada, nə də çıxışçılar sırasında gözə dəyməməsi oldu.
Xalq Partiyasının sədri Pənah Hüseyn Moderator.az – a açıqlamasında bildirdi ki, o, mitinqə sıravi iştirakçı kimi qatılıb:
“Mənim mitniqdə çıxış etmək, tribunada olmaq kimi planlarım olmayıb. Belə bir şey nəyə görə olmalıydı ki? Mən bu tədbirə sıravi iştirakçı kimi qatılmışdım və aksiyada səslənilən şüarlara da dəstəyimi bildirdim”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın