Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / ”Orda 30 incəbel xanım var, vəzifələri kişilərə çay-kofe, blinçik verməkdir…” – Şəhid qardaşı

”Orda 30 incəbel xanım var, vəzifələri kişilərə çay-kofe, blinçik verməkdir…” – Şəhid qardaşı

”Dünən məhkəmə icraçılarına çox əsəbiləşmişdim. Bank borcumu evimi satıb ödəyirəm. Yenə hədə-qorxu gəlir. Avtomobildən bışağı götürüb özümü bıçaqlayıb öldürmək istəyirdim. Yaxın dostum Natiq yanımda idi. Birtəhər dilə tutub bıçağı əlimdən aldı. Üzümə bir-iki şillə vurandan sonra özümə gəldim. Başa saldı ki, bir rüşvətxor gədədən ötrü niyə canına qıyırsan, get şikayət et ki, “motal məndən əl çəkmir””. Şəhid qardaşı olan Elşən İsmayılov Şəki Məhkəmə İcra Şöbəsinin icra məmuru Məmməd Məmmədovun onu intihar həddinə çatdırdığını deyir.
Criminal.az saytına müraciət edən Şəki şəhər sakini E.İsmayılov “Bank of Baku”nun Şəki filialından 25000 dollar kredit götürüb. Kreditini vaxtında ödəsə də, son devalvasiyadan sonra ödəmələrdə problemi yaranıb. Bankın 11000 dollarını ödəyib, lakin 2017-də iqtisadi vəziyyətinə görə ödəniş etməyib və bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qətnaməsinin icrası isə Şəki Məhkəmə İcra Şöbəsində icra məmuru Məmməd Məmmədovun icraatına verilib.
Şikayətçi deyir ki, evini satıb banka olan borcunu ödəmək istəsə də, icra məmuru ondan əlavə pul istəyir: ”Məmməd Məmmədov bank borcumun tam ödənilməsi barədə mənə xəbərdarlıq etdi. Mən bank rəhbərliyi ilə bu məsləni bağlamaq üçün danışıqlar apardım. Şəhid ailəsi olduğumu, öhdəmdə iki azyaşlının və ikinci qrup əlil anamın olmasını nəzərə alaraq razılaşdılar ki, 25000 manat da pul nağd formada ödəsəm krediti tam bağlayarıq. Əldə olunan razılaşma əsasında mən məcbur olub 40000 manatlıq dəyəri olan evimi 25000 manata təcili satdım ki, bankın borcunu ödəyim. Bankla olan borc məsləsinin həll olunmasını icra məmuru Məmmədə bildirsəm də neçə gündür ki, üstümə düşüb ki, bizi qəti maraqlandırmır. Deyir bankla olan borcunu bağlayıb-bağlamamağından asılı olmayaraq bu iş bizim icraatda olduğu üçün 7% , yəni 1750 dollar pulu bizə gətirməlisən ki, biz də işi bağlayaq. Yoxsa səni ciddi cəzalandıracam”.

E.İsmayılov iddia edir ki, Şəki Məhkəmə icra şöbəsi əsasən ”yağlı-pullu” insanları hədəfə alıblar: ”Seyflərində illərlə yığılıb alan 1500 ədəd icra olunmamış məhkəmə qətnamələri var. Getsinlər onları icra etsinlər. Hazırda Şəki İcra şöbəsində 10 nəfər kişi işçi və 30 nəfər cavan qızlardan ibarət “işçi”lər var. Bu 30 incəbel xanımların vəzifələri isə ancaq əsas işçi olan kişilərə çay, kofe, blinçik, dönər gətirib qulluq etməkdir. Xanımların kağız-küğuzla məşğul olmaması adamda nəsə şübhə oyadır. Məlumata görə bu xanımlar 150-200 manat qarşılığında işləyirlər. Ədliyyə naziri Fikrət müəllimdən xahiş edirəm ki, Şəki İcra şöbəsində sadə vətəndaşlara qarşı tətbiq edilən aqressiv yanaşmalara son qoyulmasını və məndən bankla razılaşıb kreditimi tam həcmdə ödədiyimi, şəhid ailəsi olduğumu nəzərə alaraq məndən əsassız 1750 dollar tutulmasını tələb edən və hədə-qorxu gələn icra məmuru Məmməd Məmmədovun qanunazidd hərəkətlərinə hüquqi qiymətin verilməsi barədə göstəriş versin”.
İcra Məmməd Məmmədov Criminal.az saytına açıqlamasında bildirdi ki, E.İsmayılov barəsində məhkəmə qərarı var və mütləq icra olunmalıdır. İcra məmurunun sözlərinə görə, müəyyən müddət ərzində borc borclu tərəfindən ödənilmədikdə borcdan qanunun tələbinə uyğun olaraq 7 faiz məbləğində əlavə pul tutulur: ”Həmin qərarın icrası ilə bağlı qanunun tələbi var. Biz də bunu borcluya izah etmişik. Ona bildirmişik ki, ödənişi edib qəbzini bizə versin. Hər bir halda barəsindəki icraaata xitam veriləcək. Borclu da bu formada bəyənatlar etməklə məhkəmə qərarının icrasından yayındırmağa çalışır. Borclu borcunu 10 gün ərzində ödəmirsə, ondan icra ödənişinin alınması barədə qərar qəbul edilir. Bu İcra haqqında qanunun 78-ci maddəsinin tələbinə uyğun həyata keçirlir”.
”Şikayəçinin icra şöbəsində icraçılardan çox ştatdan kənar gənc qızların olması doğrudurmu?” sualına M.Məmmədov ”qızlar təbii ki, bizim işçilərdir. Amma bundan artıq məlumat verə biımərəm. Lazımı orqanlara müraciət edib cavab ala bilərsinizş. Mən icra məmuruyam, ancaq öz fəaliyyətimlə bağlı sizə məlumat verə bilərəm” cavabını verməklıə kifayətləndi.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …