Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ölkəmizdə koronavirusa yoluxanlardan 17 nəfərin vəziyyəti ağırdır

Ölkəmizdə koronavirusa yoluxanlardan 17 nəfərin vəziyyəti ağırdır

Hazırda ölkəmizdə koronavirusa görə xüsusi rejimli xəstəxanalarda 484 nəfərin müalicəsi davam etdirilir.

YBu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …