Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “OBA”dan şikayət var — Vaxtı keçmiş məhsul satılır? (FOTO)

“OBA”dan şikayət var — Vaxtı keçmiş məhsul satılır? (FOTO)

Vətəndaşlar “OBA” marketlər şəbəkəsində vaxtı keçmiş məhsulun satıldığını iddia edirlər.


Bu barədə sosial media qruplarından birində Eliko Xekiyev adlı istifadəçi məlumat verib.


O, “OBA” marketlər şəbəkəsinin mağazasında vaxtı keçmiş məhsulun kampaniya çərçivəsində satıldığını bildirib:

No description available.
“Mağaza sistemində çalışan bir nəfər kimi bildiyim qədəri İlə 9 ay müddəti olan məhsullar bitmə tarixinə 15 gün qalmış satışdan çıxarılmalıdır. Amma siz (“OBA Market” – red.) satışdan çıxartmaq əvəzinə vaxtı bitməsinə 2-3 saat qalmış məhsulları kassa önündə sərgiləyib, kampaniya kimi 1+1 bağlama şəklində satırsınız. Bu məhsulu dünən marketinizdən su alarkən kassir təklif etdi və tarixinə baxmadan götürdüm. Amma bitmə tarixinə 10-15 dəqiqə sonra fikir verdim. Məndən başqa müştərilər də almağa başladı. Təbii ki, bitmə tarixinə baxmadan. Nəzərə almağınız xahiş olunur”.


Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsi ilə əlaqə saxladıq. Marketdən bildirildi ki, səsləndirilən iddia ilə bağlı araşdırma aparılır:


“Hazırda şikayətçi ilə əlaqə saxlamağa çalışırıq. Ondan hadisənin hansı mağazada baş verdiyini öyrənib, tədbir görəcəyik”. “BakuPost”

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …