Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Nazirlikdən himn zamanı yıxılan qadınla bağlı AÇIQLAMA

Nazirlikdən himn zamanı yıxılan qadınla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi 15 sentyabr – Bilik Günündə məktəblərdən birində himn zamanı huşunu itirərək yerə yıxılan qadınla bağlı açıqlama yayıb.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb.

“Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”, – deyə C. Valehov yazıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …