Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Nazir rəisi işdən çıxardı

Nazir rəisi işdən çıxardı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda dörd məsələ – Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentləri üzrə 2015-ci ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir H.Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair son müşavirəsində ölkə başçısının səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması, tapşırıq və göstərişlərin yerinə yetirilməsi, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı nazir ciddi tapşırıqlar verib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın