Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Nazir əmr verdi – Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

Nazir əmr verdi – Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.
Azinforum.az-ın report-a istinadən məlumatına görə, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.
Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın