Ana səhifə / Sosial / Mədə ağrısı ilə müayinəyə getdi, 9 aylıq hamilə olduğunu öyrəndi -VİDEO

Mədə ağrısı ilə müayinəyə getdi, 9 aylıq hamilə olduğunu öyrəndi -VİDEO

Gəncədə qeyri-adi hadisə baş verib. Həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib. 23 ildir ki, övlad sahibi ola bilməyən qadın sağlam qız uşağı dünyaya gətirib.

Şəhər sakini, 42 yaşlı Afət Rəsulova yanvarın 10-da mədə ağrısı şikayəti ilə həkimə müraciət edib. Müayinələr zamanı isə qadın 9 aylıq hamilə olduğunu öyrənib.

23 ildir övlad sahibi ola bilməyən qadın ötən gün Gəncə Regional Perinatal Mərkəzdə sağlam qız uşağı dünyaya gətirib.

Hazırda ana və körpənin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyətləri normaldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …