Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Müsavatçı Qadınlar Birliyinin seçkili orqanları buraxıldı

Müsavatçı Qadınlar Birliyinin seçkili orqanları buraxıldı

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan “Qafqazinfo”ya axil olan məlumata görə, iclasda müsavatçı Qadınlar Birliyinin iflic vəziyyətə düşməsi səbəbindən MNTK-nın təqdimatı əsasında Birliyin seçkili orqanlarının buraxılması barədə qərar qəbul edilib. Müsavatçı Qadınlar Birliyində növbədənkənar yığıncağın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması qərara alınıb.

Müsavat Partiyası yerli Qeyri-Hökümət Təşkilatları və media qurumlarının – ümumilikdə 77 təşkilatin adından və bəzi deputatların imzası ilə yayılan bəyanatlarda Beynəlxalq İnsan Haqları təşkilatlarının vicdan və siyasi məhbus kimi tanıdığı 80 nəfərdən artıq siyasi məhbusun cinayətkar adlandırılmasına etirazını bildirib.

Sonda cari məsələlərə baxılıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın