Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Sərhəddə gərginlik: İŞİD-lə Türk əsgərləri qarşılaşdı – FOTO

Sərhəddə gərginlik: İŞİD-lə Türk əsgərləri qarşılaşdı – FOTO

Suriya ilə Türkiyə sərhədində gərginlik yaşanıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin Suriya ilə sərhəd olan Akçakale bölgəsində Türk əsgərləri ilə İŞİD silahlıları qarşı-qarşıya gəlib. Belə ki, İŞİD-in nəzarətində olan Tel Abyaddan qaçan suriyalılar Türkiyəyə keçmək üçün sərhəd xəttindəki Akçakale Qatar stansiyasına yığışıblar. Sərhəd xəttinə yaxınlaşan suriyalıları qaytarmaq üçün Türk əsgərləri havaya xəbərdarlıq atəşi açmağa məcbur olub. Bu zaman qarşı tərəfdə əli silahlı İŞİD üzvləri görünüb. Bir neçə saatlıq danışıqlardan sonar İŞİD silahlıları suriyalıları evlərinə qaytara bilib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın