Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Sosial / Mü­da­fiə na­zi­ri Er­mə­nis­tan­da müd­dət­li-mü­qa­vi­lə­li or­du qu­ru­cu­lu­ğu­na baş­la­dı

Mü­da­fiə na­zi­ri Er­mə­nis­tan­da müd­dət­li-mü­qa­vi­lə­li or­du qu­ru­cu­lu­ğu­na baş­la­dı

“Ye­ga­nə al­ter­na­tiv va­ri­ant ki­mi pul­la şir­nik­lən­dir­mə ami­li­ni or­ta­ya atır­lar”

Ra­miz Ta­ğı­yev: “Dü­şü­nür­lər ki, bəl­kə gənc­lə­ri bu yol­la or­du­ya cəlb edə bil­di­lər”

Er­mə­nis­tan ye­ni or­du qu­ru­cu­lu­ğu­na keç­mə­yi plan­laş­dı­rır. Bu ba­rə­də mə­lu­ma­tı Er­mə­nis­tan sayt­la­rı hə­min öl­kə­nin mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­ya­na is­ti­na­dən ya­yıb. Bil­di­ri­lir ki, bu­nun­la bağ­lı iki mo­del tək­lif edi­lir. Bi­rin­ci bu­dur ki, qis­mən pul­lu olan al­ter­na­tiv hər­bi xid­mət 2 yox, 3 il ola­caq. İkin­ci­si isə ali mək­təb mə­zun­la­rı ilə bağ­lı­dır. Be­lə ki, on­la­rın da or­du­ya ödə­niş­li əsas­lar­la 3 il müd­də­ti­nə za­bit ki­mi ça­ğı­rıl­ma­sı­nı əks et­di­rir. Bü­tün bu iş­lə­rin ye­ni mü­za­ki­rə­yə çı­xa­rı­lan “müd­dət­li-mü­qa­vi­lə­li” or­du dok­tri­na­sı əsa­sın­da apa­rı­la­ca­ğı qeyd olu­nur. Er­mə­nis­ta­nın bu mo­de­lə keç­mək is­tə­mə­si nə ilə bağ­lı­dır?
Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, bu­nun sə­bəb­lə­ri tam ay­dın­dır: “Er­mə­nis­tan or­du­su ha­zır­da cid­di prob­lem­lər­lə üz­lə­şib. Prob­lem­lə­rin kö­kün­də du­ran mə­sə­lə­lə­ri sa­da­la­maq is­tər­dim. İn­san re­surs­la­rı çox az olan bir öl­kə bö­yük id­dia­la­ra dü­şə­rək, baş­qa bir öl­kə­nin də əra­zi­sin­də mü­ha­ri­bə apa­rır və fak­ti­ki ola­raq ge­niş bir əra­zi­ni iş­ğal al­tın­da sax­la­yır. Bü­tün bu­nu hə­ya­ta ke­çir­mək üçün can­lı əs­gə­ri qüv­və­yə eh­ti­yac var. Heç mü­ha­ri­bə get­mə­sə be­lə, post­lar­da dur­ma­ğa hərb­çi la­zım­dır. Öl­kə­də­ki ağır iq­ti­sa­di və­ziy­yət gənc­lə­ri Er­mə­nis­ta­nı tərk et­mə­yə va­dar edir. Bu­nun nə­ti­cə­sin­də də əs­gər ça­tış­maz­lı­ğı ya­ra­nır. Di­gər bir tə­rəf­dən isə, Er­mə­nis­tan­da əs­gər ana­la­rı bö­yük səs-küy sa­lır­lar ki, on­la­rın öv­lad­la­rı ni­yə baş­qa öl­kə­nin əra­zi­sin­də öl­mə­li­dir? Son sta­tis­ti­ka gös­tə­rir ki, Er­mə­nis­tan­da fə­ra­ri­lik hal­la­rı dəh­şət­li də­rə­cə­də ar­tıb. Hö­ku­mət bu­nu an­la­dı­ğı üçün, cəz­be­di­ci la­yi­hə­lər adı ilə əha­li­nin or­du­ya ma­ra­ğı­nı ar­tır­maq is­tə­yir. Gö­rür­sü­nüz ki, ye­ga­nə al­ter­na­tiv va­ri­ant ki­mi pul­la şir­nik­lən­dir­mə ami­li­ni or­ta­ya atır­lar. Dü­şü­nür­lər ki, bəl­kə gənc­lə­ri bu yol­la or­du­ya cəlb edə bil­di­lər. Er­mə­nis­tan­la bağ­lı apa­rı­lan re­al təh­lil­lər yax­şı nə­sə vəd et­mir. Öl­kə bü­tün sa­hə­lər­də tə­nə­zül­lə üz-üzə­dir. Bü­tün bu həl­le­di­ci fak­tor­la­rın or­du­nun for­ma­laş­ma­sı­na da mü­hüm tə­si­ri var. Er­mə­nis­tan bu sis­te­mi tət­biq edib. Yə­ni kon­trakt əsa­sın­da qul­luq var, an­caq ora ge­dən­lər or­du­nu sü­rət­lə tərk edir. Bun­lar da müd­də­ti bir qə­dər ar­tır­maq is­tə­yir­lər ki, şəx­si he­yət ba­xı­mın­dan sta­bil­li­yi qo­ru­yub sax­la­ya bil­sin­lər. Bu səy­lə­ri uğur­suz sa­yı­ram. Er­mə­nis­tan yə­qin ki, konf­lik­tin bu qə­dər uza­na­ca­ğı­nı, Azər­bay­ca­nın uzun il­lər du­ruş gə­ti­rə­cə­yi­ni plan­la­ma­yıb. Blo­ka­da şə­rai­tin­də qal­maq­dan do­ğan iq­ti­sa­di və si­ya­si nə­ti­cə­lər ar­tıq özü­nü çıl­paq­lı­ğı ilə gös­tər­mək­də­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakıda harda tıxac var? – Video

Bu gündən Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günü başlayır. “Qafqazinfo” xəbər verir ki, bu …

Bir cavab yazın