Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Mixaylo”nun oğluna yeni vəzifə verildi

“Mixaylo”nun oğluna yeni vəzifə verildi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.

***

” Azinforum.az ” xəbər verir ki, Tofiq Hüseynov Xocalı uğrunda gedən döyüşlərdə şəhid olub. Xocalı şəhərində anadan olmuş T. Hüseynov hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O, 1991-ci ildə Xocalı özünü müdafiə taborunun komandiri olub, “Mixaylo” ləqəbi ilə tanınıb. Döyüşlərdə böyük şücaət göstərən T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalının işğal günü düşmənlə sona qədər vuruşub, sonda qumbara ilə özünü partladaraq 10 nəfərə yaxın ermənini də məhv edib. Onun həyat yoldaşı da Qarabağ döyüşlərində şəhid olub.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın