Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Sosial / Milli Şurada mitinq gərginliyi – Xədicə İsmayıl dindarlara, şura Azərbaycana qarşı – təhlil

Milli Şurada mitinq gərginliyi – Xədicə İsmayıl dindarlara, şura Azərbaycana qarşı – təhlil

İlk gündən bir “rus layihəsi” kimi ortaya çıxan Milli Şurada, onun idarəedilməsində yalnız Kreml deyil, bəzi digər dövlətlərin ölkəmizdəki şəbəkəsi də rol almaqdadır…
Milli Şura rəhbərliyi daxilində qarşıdakı mitinqlə bağlı gərginlik yaranıb. Musavat.com-a bu barədə MŞ rəhbərliyində təmsil olunan mənbə bilgi verib. Onun iddiasına görə, ilk başdan mitinqin keçirilməsinə qarşı olsa da, sonradan onun təbliğatçısına çevrilən Xədicə İsmayıl bu aksiyada dindarların arxa planda qalmasını tələb edib.
Bilindiyi kimi, bundan əvvəlki aksiyada, eləcə də qapalı məkan xarakterli tədbirlərdə dindarların iştirakı və görüntüsü olduqca yüksək idi. Sekulyar kəsimə aid elektoratın minimum iştirak etdiyi aksiya elə bir təəssürat yaradırdı ki, sanki MŞ-nin son aksiyası Milli Şuranın deyil, hansısa dini icmaların aksiyası idi. Bu barədə ölkə və xarici media da yazdı, təəccüb və qeydlərini bildirdi. Təpədən -dırnağa qədər ateist olan və dini inancları, o cümlədən də inanclıları sevməyən Xədicə İsmayıl üçün belə bir səhnə təbii ki, heç xoş deyildi.
Musavat.com-a məlumat verən MŞ üzvü deyib ki, israrlı olan X. İsmayılın tələbi MŞ-nin faktiki rəhbəri olan Əli Kərimli tərəfindən qəbul olunub. Məsələn, o, Xədicə İsmayılın tələbində adı hallanan kinodramaturq Eldəniz Quliyevin adını BŞİH-ə göndərilən məktubdan çıxardıb. Görünür, Xədicə İsmayıl kimi müttəfiqi itirmək istəməyən Əli Kərimli, faktiki olaraq, tanınmış siyasi simanı, neçə illik mübarizə dostunu onun kaprizinə qurban verib.
İddialara görə, yaxınlıq və müttəfiqlik etdiyi Milli Şuranın bu imiclə ortaya, meydanlara çıxması X.İsmayılın beynəlxalq əlaqələrinə, imicinə və özünün bir fərd olaraq, maraqlarına uyğun deyil. Lakin bu, bir sirr deyil ki, hazırda Milli Şura adlı qurum müxtəlif ölkələrin və kəşfiyyatların maraqlarını təmsil edən şəxslər və icmalarla zəngindir. İlk gündən bir “rus layihəsi” kimi ortaya çıxan Milli Şurada, onun idarəedilməsində yalnız Kreml deyil, digər dövlətlərin ölkəmizdəki şəbəkəsi də rol almaqdadır. Birbaşa olmasa da, Milli Şurada təmsil olunan separatçılar vasitəsilə Ermənistan kəşfiyyatı da bu qurumun qərar və fəaliyyətlərinə təsir edə bilir. Təsadüfi deyil ki, Ermənistan xüsusi xidmət orqanları vasitəsilə idarə olunan və bilavasitə düşmən ölkəyə işlədiyi sirr olmayan, siyasi mühitdə “talış separatçıları” adlandırılan simalar da Milli Şurada təmsil olunurlar. Onlardan biri də Azərbaycan dövlətinə düşmən mövqeyi ilə fərqlənən, Əli Kərimlinin yaxın dostu Ataxan Əbilovdur.

Ermənilərə satılmış Ələkrəm Hümmətovla, Fəxrəddin Abbaszadə ilə yaxın münasibətlərdə olan A. Əbilov hazırda onunla eyni ölkədə, Hollandiyada yaşayır, eyni zamanda Milli Şuranın Avropadakı təmsilçi və uzantıları ilə də sıx işbirliyi içindədir. Ötən ilin aprel döyüşləri zamanı erməni saytı olan voskanapat.info-ya açıqlama verən Ataxan Əbilov Azərbaycan dövləti və ordusu əleyhinə qərəzli fikirlər səsləndirmişdi…
Yeri gəlmişkən, Avropada yaşayan və Əli Kərimli ilə sıx əlaqələri olan tanınmış mühacir jurnalistlərdən biri Ələkrəm Hümmətovun oğlu Romal Hümbətovla biznes əlaqələrinə sahibdir. MŞ-nin hərəkətverici və faktiki rəhbəri olan Əli Kərimliyə də bəzən bu ortaqlıqdan qazanılan vəsaitdən maliyyə dəstəyi daxil olur.

Image result for Xədicə İsmayıl
Mənbəmizin verdiyi məlumata görə, Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tələbi əsasında mitinqinin vaxtını 9 aprel tarixindən bir gün öncəyə çəkib: “İnamsızlıq var, mitinqə icazə veriləcəyi və aksiyanın sanksiyalı olacağı məlumatı Əli Kərimlinin videomüraciətində israrla vurğulanır. Bu da mitinqə daha çox adamın cəlb edilməsi texnologiyası kimi istifadə olunur. O və digər rəhbərlər bilir ki, AXCP və müxalif elektoratın təmsilçilərinin onların (siyasi ”bosslar”ın) maraqları üçün fədakarlıq etmək fikirləri yoxdur. Lakin aksiyanın icazəli olacağının yayılması halında kənardan daha çox insanın cəlb ediləcəyinə ümid var”.
Mənbəmiz deyir ki, Xədicə İsmayılın tələblərinin yaratdığı gərginlikdən başqa, MŞ mitinqöncəsi başqa siyasi gərginlikləri də yaşayır. Müsavat Partiyasına qarşı həyata keçirilən ənənəvi kəfgəlmə əməliyyatı indi də REAL hərəkatı ilə konfliktə keçib. Mənbəmiz deyir ki, Əli Kərimli REAL Hərəkatındakı “adamı” Azər Qasımov vasitəsilə təşkilatı parçalamaq, onu həbsdəki lider İlqar Məmmədovun və digər “sözə qulaq asmayan” liderlərin nəzarətindən çıxartmaq istəyir. Ortadakı gərginlik barədə yaxınlarda REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də açıqlama vermişdi. O demişdi ki, Milli Şuranın REAL Hərəkatına qarşı aqressiyasının səbəbi ona bəlli deyil: “Milli Şura ictimaiyyətə açıqlasın ki, onların istədikləri, problemləri nədir? Bizim ”Milli Şura” adlı problemimiz yoxdur”.
O bildirmişdi ki, Milli Şuranın apreldə keçirəcəyi mitinqə REAL Hərəkatı təşkilat olaraq qoşulmayacaq.
Belə bir şəraitdə mitinqə gedən və ölkədə “əsas müxalifət” olduğunu göstərmək üçün biət etməyən hər kəslə savaşmağa hazır olan “Əli Kərimlinin Milli Şurası” iflasın astanasındadır. Lakin onun güclü müttəfiqləri var – Rusiya, İran və Ermənistan kəşfiyyatına işləyən bir sıra icmalar, çevrələr, simalar… Bu anti-Azərbaycan oluşumunu nisbətən qərbyönümlü göstərə biləcək azsaylı simalardan sayılan jurnalist Xədicə İsmayıl da bir tərəfdə…
MŞ-nin və onun müttəfiqlərinin qarşısında isə dağıdıb, viran qoymaq istədikləri gənc Azərbaycan dövləti dayanıb…

Həmçinin oxuyun

Yol polisləri ağır qəza törətdi: Yaralılar var – Video

Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər. BakuPost xəbər verir ki, 99 …

Bir cavab yazın