Ana səhifə / Sosial / Milli Parkda çöl donuzu ovlayan şəxs saxlanıldı – Foto

Milli Parkda çöl donuzu ovlayan şəxs saxlanıldı – Foto

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə,  araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasimov olduğu məlum olub. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.

Həmçinin oxuyun

Ev alarkən diqqətli olun – VİDEO

“Kənd təsərrüfat təyinatlı torpaq sahəsində evlərin tikintisinə icazə verilmir”. Bu sözləri ARB TV-nin efirində yayımlanan …