Rusiyanın baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib.
Trend bildirir ki, bununla bağlı baş nazir müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılıb.