Tez-tez sosial şəbəkələrdə istehlakçılar müxtəlif marketlərdə satılan
konfetlərin və ya şokoladların içərisindən qurd çıxması, keyfiyyətinin
qaneedici olmaması, eləcə də son istifadə müddətinin qeyd olunmaması ilə
əlaqədar çoxlu şikayətlər səsləndirilir.
Mövzu
ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə ekspert İsa Əliyev
bildirib ki, istifadə müddəti bildirilməyən heç bir məhsulu almaq olmaz:
“Bütün
qidaların istifadə müddəti üzərində qeyd olunmalıdır. Bizim
istehlakçılardan xahişimiz odur ki, aldıqları məhsulun etiketini mütləq
yoxlasınlar, son istifadə müddəti varmı, yoxmu? Yoxdursa, mütləq market
işçilərinə irad bildirsinlər, tələb etsinlər. Məhsulun son istifadə
müddəti mütləq bildirilməlidir”.
Ekspert həmçinin, düzgün qablaşdırılmayan və ya açıq şəkildə satılan şirniyyatların da təhlükə saçdığını bildirib:
“Bir
çox məhsullarda, o cümlədən qənnadı və konfetlərdə paketlənmə çox
vacibdir. Çünki şirniyyat məhsullarının bir çoxunun tərkibində bitki
yağlarından istifadə olunduğu üçün istiyə qarşı həssaslığı var. Bu qayda
nəinki qənnadı, digər məhsullar üçün də keçərlidir. Məsələn çörək,
müxtəlif un məmulatları və s. Həmçinin açıq şəkildə satılan bu
məhsullarda kamtaminasiya problemi də ola bilər. Yəni açıq şəkildə
satılan məhsulların içinə toz da daxil ola bilər. Belə məhsulları daha
çox, mənşəyi bəlli olmayan, dövlət qeydiyyatından keçməyən firmalar
istehsal edir. Belə firmalar ekonomik seqmentə uyğun, yəni ucuz
məhsullar istehsal edirlər. Bunun da qarşısını ala biləcək yeganə qurum
AQTA-dır. Artıq AQTA-nın ani reydləri mövcuddur. Bu reydləri keçirib,
onlar bu məhsullardan nümunə götürərək, öz labarotoriyalarında analiz
edə bilərlər. Əlbəttə ki, istehsalçı firmanı da tapmaq çətin məsələ
deyil, əgər market bunu satırsa, kimdən aldığı da bəllidir. Həmin
firmaları tapıb, cərimələyə bilərlər. Bir qida mütəxəssisi kimi
bildirirəm ki, açıq şəkildə satılan heç bir məhsulu almaq düzgün deyil,
onların insan sağlamlığına böyük zərərləri ola bilər”.
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …