Marketdən Almaniya istehsalı olan kərə yağı aldı. Ancaq kiloqramına 20 manat ödədiyi yağ yararsız çıxdı.

Hadisə Gəncə sakini Reyhan Quliyevanın başına gəlib.O, yagdan istifadə etmək istəyərkən onun köhnə olduğunu görüb.

Xanım alıcı deyir ki, eyni marketdə artıq ikinci dəfədir ki, bu cür halla üzləşir. İlk dəfə mağazanın əməkdaşlarına istifadə müddəti keçmiş yağlarla bağlı müraciət etsə də bu halla yenidən üzləşməsi onu dəhşətə gətirib.

Sözügedən market alıcıdan yağı geri götürərək pulunu qaytarıb. Ancaq mağazanın sahibləri məsələyə münasibət bildirməyə ehtiyac hiss etməyiblər. Ümumiyyətlə, belə hallarla qarşılaşanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 012 498 15 01 və 012 498 15 04 nömrəli qaynar xətt nömrələrinə müraciət edə bilərlər.