Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Mahmudovla Çovdarov İran agentlərinə yaşıl işıq yandırıb” -Deputatdan sensasion ittiham

“Mahmudovla Çovdarov İran agentlərinə yaşıl işıq yandırıb” -Deputatdan sensasion ittiham

“Azərbaycanda keçmiş MTN-i idarə edən Eldar Mahmudov-Akif Çovdarov bandasının vurduğu ən böyük zərbə pul oğurluğu və ya quldurluq əməlləri ilə bağlı dəyildi. Daha dəhşətlisi pulla orqana qəbul ənənəsi yaratdıqlarına görə xarici ölkələrin, xüsusilə də cənub qonşumuzun agentura şəbəkəsinin bu quruma qəbul olunmasına yaşıl işıq yandırmaları idi”.
Azinforum.az xəbər verir ki, deputat Fazil Mustafa belə bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, qısa müddətdə bu şəbəkəni təmizləmək mümkün deyil.
“Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, peşəkar general Mədət Quliyevin bu şəbəkə, onun uzantısı olan adamlar və media subyektləri ilə mübarizəsi elə də asan olmayacaq. Hər bir vətənini səvən insan bu məsələdə öz dəstəyini əsirgəməməlidir. Qeyd edim ki, cənub qonşumuz tərəfindən yönləndirilən və idarə olunan saytlar və şəxslər barədə dəfələrlə öz səhifəmdə açıq faktlar yazmışam. Daxili İşlər Nazirliyindən başqa məsələyə ciddi reaksiya vərən olmayıb. İndi o saytları tanımaq istəyirsinizsə,  mənim barəmdə bir böhtanın nəcə yayılmasının mexanizmi ilə tanış olmanız yetərlidir”.
Fazil Mustafa həmin bəhs etdiyi məsələni belə izah edib:
“Deməli, iki-üç gün öncə ATV kanalının indiyədək baxmadığım bir verilişində tanımadığım insanlardan biri Türkiyə türkcəsində danışıb. Ona bəzi tanınmış şəxslər irad bildiriblər ki, xarici dildə danışdığına görə mütləq cəzalandırılmalıdır. Mənim isə reaksiyam bələ olub ki, istənilən şəxs əcəb edib Azərbaycan televiziyasında türkcə danışır, siz də gedib Türkiyə televiziyasında Azərbaycan türkcəsində danışın, bir-birimizi rahatlıqla anlamağa alışaq. Dövlət dilimizi rus, fars, ərəb, ingilis dilindən qorumalıyıq, türk dilindən qorumaq, türk dilindən nəyisə tərcümə etmək isə absurddur.
İndi İrandan yönləndirilən şəbəkə, informasiya mətni hazırlayıb və öz saytlarına tirajlayıb ki, bəs türkcə danışan həmin model Fazil Mustafanın sevgilisi olduğuna görə, onu müdafiə ədib. Bu cür böhtanlara ara-sıra rast gəldiyimizə görə üzərində çox durmuram, həm də 14 əsrdir o nəhənglikdə Peyğəmbərimizin (s.a.s.) dürüstlüyü Quran ayəsi ilə təsdiq olunmuş bilgə qadını Hz. Aişəni əxlaqsızlıqda təqsirləndirən bu siğədən doğulanlardan başqa bir şey də gözləmək doğru olmazdı. Ancaq maraqlı budur ki, mətnin sonunda buraxdıqları izin fərqinə varmayıblar. Təqribən yazılıb ki, bəs Fazil Mustafa şiələrin əleyhinə çıxanda bilmirdi ki, məsələlər belə olacaq. İndi anlaşıldımı mənbə haradan gəlir? Mənim müzakirə mövzusu olan statusumda ümumiyyətlə din və ya məzhəb mövzusuna toxunulmayıb, ancaq dil mövzusuna toxunulub. Əslində mətnə görə mənim həqiqi sevgim də, eşqim də türk dili olmalıdır, bu əslində belədir də! İstənilən insan- model olsun, ziyalı olsun, hətta siğədən doğulan iranlı olsun, Azərbaycan televiziyasında istənilən türk ləhcəsində danışa bilər. Çünki buna qadağa qoysaq, əks halda sabah bizdən tələb edəcəklər ki, Şəhriyarın da türkcə şeirlərini tərcümə ilə verək.
Türk məktəblərinin bağlanmasına etiraz bildirdim, tanımadığım, bilmədiyim, bircə kitabını bələ oxumadığım adamlara bağlayıb nurçu dedilər. Türk dilini müdafiə etdim, tanımadığım adamı mənə sevgili çıxardılar. Olsun, bizim türklər demişkən. kader bu!
Əsas odur, söylədiklərim, yazdıqlarım dəqiq hədəfi tutur.
Davamı bundan sonra da gələcək.
Zavallı rus-fars-erməni siyasətinin icraçıları! Bu Vətəni, bu dövləti, bu dili, bu dini, bu bayrağı çökdürmək istəyənlərin qarşısında bütün böhtanların, iftiraların üzərindən adlayaraq Allahın izni ilə dim-dik duracağımızdan tam əmin ola bilərsiniz!”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın