Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Maaş və pensiyalar yenidən artırılsın – Deputatdan təklif

Maaş və pensiyalar yenidən artırılsın – Deputatdan təklif

“Biz 6,9 faiz inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 4,4 faiz proqnozlaşdırıb bunun da real olmadğını qeyd edirik”. 

Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

“Ölkədə qiymətlər sürətlə artır. Qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik baxmağı deyil, rüblük baxmağı tələb edir. Demək olar ki, qiymətlər hər gün, hər həftə artır. Gələn ildən inflyasiyanın artması proqnozu ötəcək. Ona görə də yenidən əmək haqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm”, – deyə deputat bildirib./Modern.az 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …