Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə veriləcək – RƏSMİ

Məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə veriləcək – RƏSMİ

“Son 3 il 10 ay ərzində 230 min şəxs işlə təmin edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun i layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini postmüharibə kontingentinə də toxunub: “Xüsusilə şəhid ailələri və qazilərlə bağlı məsələlər qaldırılıb. Bu həssas təbəqədən olan 8200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib. Növbəti il üçün qarşıdan duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır. Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir”.

A. Kərimov qeyd edib ki, vacib məsələlərdən biri də mənzillərdir: “Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …