Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanır“ – Arif Əliyev

“Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanır“ – Arif Əliyev

Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olur. Hər kəs düşünür ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur.

Bu problemin səbəbbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

Jurnalist Arif Əliyev mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, sosial verilişlərə baxan və tənqid edən auditoriyaların fərqli olduğunu bildirib:

“Düşüncəli, zəkalı, televiziyada maarifçilik verilişləri və ciddi sənədli filmlər görmək istəyən adamlar sosial verilişləri tənqid edir. Bilirlər ki, həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanıb və onların hisslərini istismar edir. Böyük əksəriyyət o səviyyədə deyil və bu cür verilişləri, başqalarının həyatının oyuna çevrilməsini izləmək onlara zövq verir. Buna görə həmin verilişlərin reytinqinin artmasının şahidi oluruq. Bu yalnız Azərbaycan üçün keçərli deyil. İstənilən ölkəni götürsəniz onun auditoriyasının böyük hissəsi bu cür aşağı səviyyəli zövqə, sensassion materiallara meyl edir və televiziyalar bundan istifadə edirlər.Əhalinin televiziya qarşısında göz yaşı tökdüyü əhvalatların çoxu quramadır.

Hərşey televiziya rəhbərliyindən və yaxud ölkədə televiziya rəhbərliyinə təsir edə bilən dairələrin məqsədindən asılıdır. Əgər məqsəd cəmiyyəti ciddi informasiyaya alışdırmaqdırsa, bu cür sosial verilişlər təbii ki dayandırılır. Yox, əgər məqsəd tamaşa düzəltməkdirsə, bu cür verilişlərin sayı artır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …