Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Məqsədimiz torpaqlarımızı azad etməkdir” – DEPUTAT

“Məqsədimiz torpaqlarımızı azad etməkdir” – DEPUTAT

Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov fevralın 25-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, E.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstana səfərinin əsas məqsədi Xocalı soyqırımının 25-ici ldönümü ilə əlaqədar tədbirlərdə iştirak etməkdir.

O qeyd edib ki, səfər çərçivəsində Gürcüstan parlamentində, Tbilisi Dövlət Universitetində bir sıra görüşlər keçirib: “İkitərəfli münasibətlərimizin inkişadı, parlamentlərarası əlaqələr, eləcə də Xocalı soyqırımı ilə.bağlı məsələlri müzakitə etdik. Gürcü həmkarlarımızın dətəyini hiss etdik. Bu bir.daha sübut edir ki, biz dost bə qardaş ölkələrik, bir birimizin dərdinə şərikik. İndi bizim bir məqsədimiz var. Torpaqlarımızı işğaldan azad edək”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın